logo
İsveç İnstitutunun nümayəndələri ilə görüş keçirilib

   İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə İsveç Krallığının İsveç İnstitutunun nümayəndələri arasında onlayn görüş keçirilib.

  Görüşdə hər iki qurumun nümayəndələri fəaliyyət istiqamətləri və birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. İqtisadi Elmi Tədqiqat İnstitutunun  həyata keçirdiyi tədqiqatlar barədə məlumat verilib. Eyni zamanda, yerli tədqiqatçıların İsveçdə qarşılıqlı mübadilə proqramlarında iştirakı, təlim və bacarıqlarının artırılması imkanları  müzakirə olunub.

  Tərəflər görüşü gələcək əməkdaşlığın başlanğıcı kimi qiymətləndirərək, ortaq maraq kəsb edən  sahələrdə əməkdaşlıq etmək  istəklərini ifadə ediblər.

  Qeyd edək ki, İsveç İnstitutu  elmi tədqiqat, ali təhsil, biznes, innovasiya və yaşıl siyasət sahələri üzrə beynəlxalq əməkdaşlıq, layihə dəstəyi və qrant proqramları həyata keçirən,  bu istiqamətdə müxtəlif ölkələrlə tərəfdaşlıq edən dövlət qurumudur.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.