2-3 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Konfrans Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İqtisadi Elmi Tədqiqat İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD) və Tekirdağ Namık Kamal Universitetinin tərəfindən birgə təşkil edilir.
Konfransa aşağıdakı mövzularda azərbaycan, türk və ingilis dillərindən birində məqalə qəbulu mümkündür:
Təkrar emal, Təkrar emal iqtisadiyyatı, Ətraf mühit iqtisadiyyatı və siyasəti, Ətraf mühit və davamlıl siyasət, Dayanıqlılıq, Davamlı siyasət, Ətraf mühitə təsir, Dairəvi iqtisadiyyata keçid, İqtisadi problemlər, Tullantı iqtisadiyyatı, Təkrar emal və ətraf mühit texnologiyaları, Təkrar emal üsulları, İqlim dəyişikliyi, Su ehiyatlarının idarə olunması, Dayanıqlı torpaq inkişafı, İqlim dəyişiklikləri, Davamlı siyasət təcrübələri, Davamlılıq, Bərpa olunan və dayanıqlı enerji siyasəti, Yaşıl tikinti və dayanıqlı inkişaf, Dairəvi iqtisadiyyata keçid, İdarəetmə, İqtisadi problemlər.
Konfransın əsas məqsədi seçilən mövzuda iştirakçılar arasında qarşılıqlı faydalı bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də təkrar emal iqtisadiyyatı və davamlı inkişaf siyasətləri ilə bağlı çağdaş çağırışları, qarşıda duran imkanları və strateji yanaşmaları birgə araşdırmaqdan ibarətdir. Konfrans iştirakçılar üçün həm elmi diskussiyalar aparmaq, həm də real təcrübələrə əsaslanan praktik həll yollarını təqdim etmək üçün mühüm platforma rolunu oynayacaq.
Konfransda müxtəlif ölkələrdən olan tədqiqaçılar, akademiklər və dövlət qurumlarından nümayəndələr iştirak edəcək.
Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid etməyiniz xahiş olunur: