İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan müxtəlif elmi tədqiqat mərkəzlərinin nümayəndələri, eləcə də Türk Akademiyası, Türk İnvestisiya Fondu və Türk Dövlətləri Təşkilatının Katibliyindən nümayəndələr təmsil olunublar.
İclasda ERCNET tərəfindən 2024-cü ildə həyata keçirilən fəaliyyətlər və 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib, “Türk Dövlətləri İqtisadiyyatı: Nəqliyyat və Enerji Əlaqələrinin Gücləndirilməsi” adlı nəşr edilən 2024-cü il üzrə illik hesabatın icmalı təqdim olunub.
Türk Akademiyasının vitse-prezidenti Dr. Askhat Kessikbayev çıxışında ERCNET-in Türk dünyasının iqtisadi tədqiqat institutları arasında əməkdaşlıq və bilik mübadiləsi üçün əsas platformalardan birinə çevrildiyini vurğulayıb.
İclasda iştirak edən İnstitutun İnfrastruktur sahələr şöbəsinin böyük elmi işçisi Hüseynli Azər “Türk Dövlətləri İqtisadiyyatı: Nəqliyyat və Enerji Əlaqələrinin Gücləndirilməsi” hesabatının ilk fəslinin Azərbaycana həsr olunmasının müsbət addım kimi qiymətləndirildiyini qeyd edib.
İclasın sonunda "Türk İqtisadiyyatları 2025: Yaşıl İqtisadiyyata Keçid" hesabatına daxil ediləcək tədqiq edilməli 5 əsas istiqamətin ilkin mərhələdə - kritik minerallar və məhdud texnologiyalar, yaşıl texnologiyalar, dayanıqlı enerji resursları, yaşıl maliyyələşdirmə modelləri, yaşıl nəqliyyat və orta dəhliz olması razılaşdırılıb