Haqqımızda
İşin məqsədi 30 illik işğal dövründə tamamilə dağdılmış, məhv edilmiş “Şərqi Zəngəzur” və “Qarabağ” iqtisadi rayonlarının iqtisadi inkişafına nail olunması, infrastrukturun bərpası, əhalinin köçürülməsi və köçürülən əhalinin məşğulluğunun təmin olunmasına töhfə verməkdir.
Tədqiqat işinin yerinə yetirilməsi prosesində həm inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin, xüsusilə Rusiya, Belarus, Şərqi Avropa respublikalarının təcrübələri öyrənilmiş və Azərbaycan şəraiti üçün məqbul hesab olunan struktur müəyyən olunmuşdur.
Daha sonra məlumatların əldə edilmədi məqsədilə Statistika Komistəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi və digər müvafiq qurumlara məktublar göndərilmişdir. Həmçinin ətraflı informasiya əldə etmək məqsədilə tədqiqat qrupunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri olmuşdur.
Hazırlanan sosial-iqtisadi pasportlar regional planlaşdırma, iqtisadi siyasətin müəyyən edilməsi və inkişaf strategiyaları üçün mühüm alət rolunu oynamaqla yanaşı, dövlət və özəl qurumlar, ictimai-siyasi təşkilatlar, elmi tədqiqat müəssisələri, universitetlər, fərdi fəaliyyət göstərən elm adamları, tədqiqatçılar tərəfindən istifadə oluna bilən sosial-iqtisadi göstəricilər toplusudur.