REAL SEKTORUN MONİTORİNQİ (ÜDM QISA MÜDDƏTLİ PROQNOZUNUN HAZIRLANMASI)

Tədqiqat çərçivəsində real sektorun monitorinqinin aparılması üzrə beynəlxalq təcrübə araşdırılmış və müəyyən edilmişdir ki, monitorinq göstəriciləri iqtisadiyyatın sektorları və onların apardığı əməliyyatlar, sektorlarda və sektorlararası axınlar və ehtiyatlar səpgisində təşkil edilməlidir. Bu məqsədlə iqtisadiyyatın sektorları və onların apardığı əməliyyatlar, sektorlarda və sektorlararası axınlar və ehtiyatların təsnifatı öyrənilmiş və Monitorinq zamanı təsnifata uyğung dəyişikliyin sürəti və intensivliyini xarakterizə edən əsas göstəricilərin hesablanması metodologiyası icmal edilmişdir. Monitorinq göstəriciləri əsasında aparılan təhlillərin metodologiyası və yarana bilən risklər və onların nəticələri, iqtisadi göstəricilərin qarşılıqlı əlaqəsinin iqtisadi tsikllərdə təzahühü və onun müəyyən edilməsi metodları öyrənilmişdir. Monitorinq aparmaq üçün aylıq və illik məlumat bazası və onun əsasında idarə olunan monitorinq sisteminin modelinin hazırlanması imkanları nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, aşağıdakı istiqamətlər üzrə məlumat bazaları hazırlanmalıdır:


− Real sektorun məlumat bazası və monitorinqi
− Xarici sektorun məlumat bazası və monitorinqi
− Dövlət sektorunun məlumat bazası və monitorinqi
− Monetar sektorun məlumat bazası və monitorinqi
− Digər göstəricilərin məlumat bazası və monitorinqi

İqtisadiyyat üzrə törəmə göstəricilər və onların monitorinqi Tədqiqat çərçivəsində 2007-2023-cü illəri əhatə edən aylıq məlumat bazası formalaşdırılmışdır. Məlumat bazası əsasında ÜDM-in qısa müddətli aylıq proqnozu verilmişdir.