Çin, Hindistan, Rusiya və ABŞ, Avropa İttifaqı, Böyük Britaniya üzrə əsas makroiqtisadi göstəricilər


Bu araşdırmanın əsas məqsədi qlobal iqtisadi güc mərkəzləri arasında – bir tərəfdə Çin, Hindistan və Rusiya, digər tərəfdə ABŞ, Avropa İttifaqı və Böyük Britaniya olmaqla – makroiqtisadi göstəricilərin müqayisəli təhlilini aparmaqdır.


Tədqiqat ÜDM, investisiya, ticarət, dövlət borcu, inflyasiya və əmək bazarı kimi göstəricilər əsasında aparılıb və bu yanaşma qlobal iqtisadi güc mərkəzlərinin fərqli siyasət və struktur xüsusiyyətlərini üzə çıxarır.


Araşdırma nəticəsində iqtisadi sabitlik, borc dayanıqlığı və inkişaf strategiyalarının effektivliyinin müqayisəli təhlili təmin edilir və bu, iqtisadi siyasət üçün praktik nəticələr ortaya qoyur.