“Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi-praktiki seminar keçiriləcək

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elmi-praktiki seminar keçiriləcək

İqtisadi Elmi Tədqiqat İnstitutunda 10 dekabr 2025-ci il tarixində saat 10:00-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçiriləcək.

Seminarda İnstitutun şöbə rəhbəri i.ü.f.d. Emil Qasımovun “Suverenlik dövründə sosial-iqtisadi artım” və İnstitutun aparıcı elmi işçisi h.ü.f.d. Zamiq Aslanovun “İqtisadi suverenliyin konstitusion hüquqi əsasları” mövzusu ətrafında çıxışları dinləniləcək və müzakirələr həyata keçiriləcəkdir.

Maraqlı şəxsləri elmi-praktiki seminarda iştiraka dəvət edirik.

Seminarda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.gle/WYwqJZb8vhW3BrJ47

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi prospekti 196

Əlaqə: (+994) 12 430 96 18
(+994) 51 280 43 35