Haqqımızda
İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Fuad Mürşüdlü və Rəqəmsal iqtisadiyyat və innovasiyalar şöbəsinin rəbəri Manaf Bağır-zadə rəsmi dəvət çərçivəsində Baltik İqtisadi Assosiasiyasının 26-27 iyun 2025-ci il tarixlərində Vilnüsdə təşkil etdiyi 7-ci Baltik İqtisadi Konfransında iştirak ediblər.
Konfransda Avropa Komissiyası, Kembric Universiteti, Vilnus Universiteti, İdarəetmə və İqtisadiyyat Universiteti, Kaunas Texnologiya Universiteti və Osnabrück Universitetinin nümayəndələrinin iqtisadi tədqiqatları təqdim edilib və müzakirələr aparılıb.
İnstitutun nümayəndələri “Məlumata əsaslanan iqtisadi siyasətin qurulmasının tənzimləyici modeli” adlı tədqiqat mövzusu ilə təmsil olunublar.
Qeyd edək ki, Baltik İqtisadi Assosiasiyası Baltikyanı ölkələrdə iqtisadiyyatın inkişafı, iqtisadi tədqiqatların inkişaf etdirilməsi və iqtisadçılar arasında əməkdaşlığın artırılması məqsədilə yaradılan təşkilatdır. BEA üzvləri tərəfindən iqtisadi tədqiqatların müzakirəsi və təcrübələrin paylaşılması illik konfranslarda həyata keçirilir.