logo
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin müavini Jandos Asanov ilə görüş keçirilib
İƏT-in Tədqiqat Mərkəzinin yaradılması məsələsinin təkrardan gündəmə gətirilməsi və bu istiqamətdə işlərin görülməsinə başlanılması razılaşdırılıb.

3 may 2024 tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin müavini Jandos Asanov ilə görüş keçirilib. Görüş zamanı İƏT-in “İqtisadiyyat” jurnalının (“Economic” journal) cari statusu müzakirə edilib, məqalə qəbulu prosesi haqqında məlumat verilib. Həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi “3-cü İƏT Beyin Mərkəzləri Forumu”na ESRI-nin hazırlıq işləri ilə bağlı İƏT Baş katibinin müavini məlumatlandırılıb. Görüşdə müzakirə edilən bir digər xüsusi əhəmiyyətə malik mövzu İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsini imzalayan ölkələrin ratifikasiyasının əldə olunması üçün görüləcək tədbirlərlə bağlı olmuşdur. Müzakirələr nəticəsində sözügedən Tədqiqat Mərkəzinin yaradılması məsələsinin təkrardan gündəmə gətirilməsi və bu istiqamətdə işlərin görülməsinə başlanılması razılaşdırılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.