logo
Namiq Tağıyev
Rəhbərlik dövrü: 2006-2009

1977-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin Avtomatlaşdırılması fakültəsində ali təhsil alıb. 1983-1986-cı illərdə aspiranturanı bitirdikdən sonra iri sistemlərin layihəndirilməsinin avtomatlaşdırılması sistemləri sahəsində Moskvanın Elektron Texnikası İnstitutunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1986-1996-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin Avtomatlaşdırılması fakültəsində assistent və dosent kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olub. 2006-cı ildə Namiq Tağıyev investisiya proseslərinin idarə olunmasına həsr olunmuş doktorluq disertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. 2006-cı ilin noyabr ayında N.Tağıyev Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin yanında İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadi Elmi Tədqiqat İnstitutu) direktoru təyin olunub. 2007-ci ildən Bakı Dövlət Universitetinin "İqtisadi Kibernetika" kafedrasının müdiri vəzifəsinə seçilib. 2013-cü ildə ona iqtisadiyyat üzrə professor elmi adı verilib. 2009-2011-cü illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Milli Metrologiya Mərkəzində direktor vəzifəsində işləyib. 2017-2021-ci illərdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsində çalışıb.

Namiq Tağıyev Azərbaycan iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş Azərbaycanda və həmçinin xaricdə nəşr olunmuş 100-dən çox elmi işin, 5 monoqrafiya və 2 dərsliyin müəllifidir.