logo
Konfrans haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Tədbirlər Planı”nın İqtisadiyyat Nazirliyi üzrə icrasına dair təsdiq edilmiş Fəaliyyət Planına əsasən İqtisadi Elmi Tədqiqat İntitutunun (ESRI) təşkilatçılığı ilə “3-cü İƏT Beyin Mərkəzləri Forumu” çərçivəsində “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda elmi-praktiki Konfrans keçiriləcək.

4 oktyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan konfrans həm də ESRI-nin 60 illiyinə təsadüf edir. Bununla əlaqədar olaraq ESRI-nin “Azərbaycanda İqtisadi İslahatların Həyata Keçirilməsi Xüsusiyyətləri və Problemləri Elmi Əsərlər toplusu – Xüsusi Buraxılış” kitabı, baş redaktorluğu ESRI-də olan İƏT-in “İqtisadiyyat” jurnalının 9-cu sayı, konfrans materialları, İnstitutun 60 illik fəaliyyətinə həsr edilmiş kitab, “İnstitutun keçdiyi elmi yol -60 (Seçilmiş məqalələr)” kitabı və digər nəşrlər də hazırlanaraq konfrans iştirakçılarına təqdim ediləcək.

Qeyd edək ki, konfrans zamanı iqtisadi düşüncəyə yeni yanaşmalar, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi yolları, iqtisadi qərarvermədə ətraf mühitlə bağlı problemlər, Yeni Nəsil İqtisadiyyatda təhsilin rolu, rəqəmsal texnologiyaların iqtisadi təsirləri və yeni nəsil iqtisadçıların qarşısında duran əsas problemlər kimi məsələlər müzakirə olunacaq.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.