Çexiyanın İqtisadiyyat Təhsili İnstitutunun professorları ESRI-nin fəaliyyəti ilə tanış olublar.
12 iyun 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Çexiyanın Praqa şəhərində yerləşən İqtisadiyyat Təhsili İnstitutunun professorları ilə görüş keçirilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) dəvəti ilə Bakıya səfər etmiş İnstitutun professorları Josef P. Kalhun və Tauni H. Ferrarini təmsil etdikləri qurum barədə ətraflı məlumat veriblər.
Görüşdə ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov İnstitutun fəaliyyəti və gələcək planlarından bəhs edib.
ESRI-nin Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov, Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli və Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Asəm Məmmədov isə İnstitutun ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə qonaqlara ətraflı məlumat veriblər.
Görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonda xatirə şəkli çəkdirilib.