İki tərəfli əməkdaşlıqlar
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə (Bakı şəhəri, 01 mart 2012-ci il);
- Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə (Bakı şəhəri, 16 iyul 2010-cu il);
- Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı” MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında AMEA Yüksək Texnologiyalar Parkında istehsal olunan innovativ məhsulların istehsalı və satınalmasına dəstəyin verilməsində birgə əməkdaşlıq haqqında müqavilə (Bakı şəhəri, 26 dekabr 2019-cu il);
- İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq haqqında müqavilə (Baki şəhəri, 29 dekabr 2019-cu il);
- Qırğızıstan Respublikasının Milli Strateji Araşdırmalar İnstitutu (QR MSAİ) və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu (Bakı şəhəri, 06 sentyabr 2012-ci il);
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Qırğızıstan-Türkiyə Manas Universiteti (Qırğızıstan Respublikası) arasında əməkdaşlıq sazişi (Bakı şəhəri, 24 may 2013-cü il);
- “Donetsk Milli Texniki Universiteti” DATM və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə (06 dekabr, 2013-cü il);
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyinin İqtisadiyyat Elmi-Tədqiqat İnstitutu arasında 2012-2017-ci illərdə əməkdaşlıq haqqında müqavilə (30 may 2012-ci il);
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) və "Ukrayna Elmi-Texniki Ekspertiza və İnformasiya İnstitutu" Dövlət Elm Qurumu arasında Əməkdaşlıq haqqında memorandum (Bakı şəhəri, 20 sentyabr, 2019-cu il);
- “Qazaxıstan Özəl-Dövlət Əməkdaşlıq Mərkəzi” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq sazişi (Bakı şəhəri, 25 dekabr 2015-ci il);
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Qazaxıstan Respublikası İqtisadi İnkişaf və Ticarət Nazirliyinin “İqtisadi Tədqiqatlar İnstitutu” ASC arasında anlaşma memorandumu (14 dekabr, 2012-ci il);
- Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutu ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq sazişi (Bakı şəhəri, 22 dekabr 2011-ci il);
- Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (Bakı şəhəri, Azərbaycan) və Ege Universiteti arasında əməkdaşlıq sazişi (Bornova, İzmir/Türkiyə.15 iyun 2011-ci il);
- Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) və Moldova Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadiyyat, Maliyyə və Statistika İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə (Bakı şəhəri, Azərbaycan), 19 may, 2010-cu il;
- Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında anlaşma memorandumu (Bakı şəhəri, 15 oktyabr, 2010-cu il).
Çoxtərəfli əməkdaşlıqlar
- Marmara Universiteti, Qafqaz Universiteti və İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq protokolu (16 aprel 2011);
- M.Rıskulbekov adına Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan Respublikası), Qafqaz Universiteti (Azərbaycan Respublikası) və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (Azərbaycan Respublikası) arasında anlaşma memorandumu (Bakı şəhəri, 24 may, 2013-cü il);
- İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (Azərbaycan Respublikası), “İqtisadi Tədqiqatlar İnstitutu” SC (Qazaxıstan Respublikası), Milli Strateji Araşdırmalar İnstitutu (Qırğızıstan Respublikası) və ECOMOD Network (ABŞ) arasında anlaşma memorandumu (Bakı şəhəri, 6 sentyabr, 2013-cü il);
- Türk Standartları İnstitutu (TSE), “Sumqayıt Kimya Sənaye Parkı” MMC (SCIP) və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (IIETI) arasında əməkdaşlıq protokolu (Bakı şəhəri, 10 oktyabr 2019-cu il);
- Azərbaycan Texniki Universiteti, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu (Bakı şəhəri, 14 oktyabr 2019-cu il);
- İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ), Təhsil Nazirliyinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası arasında anlaşma memorandumu (Bakı şəhəri, 13 dekabr 2019-cu il);
- İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ), Azərbaycan Texniki Universiteti (AzTU) və "Schneider Electric" şirkəti arasında əməkdaşlıq memorandumu (Bakı şəhəri, 10 noyabr 2020-ci il).
Beynəlxalq təşkilatlarla əməkdaşlıqlar
- İslam Ölkələri Statistika, İqtisadiyyat və Sosial Tədqiqatlar və Təlim Mərkəzi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) arasında anlaşma memorandumu (Bakı şəhəri, 9 may, 2013-cü il).