logo
"Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda III Beynəlxalq Elmi Konfransı

Konfransa aşağıdakı mövzularda azərbaycan, türk və ingilis dillərindən birində məqalə qəbulu mümkündür:

Təkrar emal, Təkrar emal iqtisadiyyatı, Ətraf mühit iqtisadiyyatı və siyasəti, Ətraf mühit və davamlıl siyasət, Dayanıqlılıq, Davamlı siyasət, Ətraf mühitə təsir, Dairəvi iqtisadiyyata keçid, İqtisadi problemlər, Tullantı iqtisadiyyatı, Təkrar emal və ətraf mühit texnologiyaları, Təkrar emal üsulları, İqlim dəyişikliyi, Su ehiyatlarının idarə olunması, Dayanıqlı torpaq inkişafı, İqlim dəyişiklikləri, Davamlı siyasət təcrübələri, Davamlılıq, Bərpa olunan və dayanıqlı enerji siyasəti, Yaşıl tikinti və dayanıqlı inkişaf, Dairəvi iqtisadiyyata keçid, İdarəetmə, İqtisadi problemlər.

 

Əsas tarixlər

Xülasənin təqdim edilməsi üçün son tarix: 10 sentyabr 2025-ci il

Qeydiyyat və son ödəniş tarixi: 16 sentyabr 2025-ci il

Konfrans proqramının elan tarixi: 20 sentyabr 2025-ci il

Tam məqalə mətninin təqdim edilməsinin son tarixi (Tam mətnin təqdim edilməsi məcburi deyil): 10 oktyabr 2025-ci il

Konfrans materialları kitabının nəşri: 25 oktyabr 2025-ci il

Xülasənin təqdim edilmə qaydaları:

Konfransa xülasə göndərməklə qeydiyyatdan keçmək mümkündür. Konfrans beynəlxalq xarakterli olduğundan xülasənin ingilis dilində göndərilməsi mütləqdir. Xülasənin qiymətləndirilmə prosesi maksimum 5 gün çəkəcəkdir. Müəlliflərə qiymətləndirmənin nəticələri barədə gecikmədən məlumat verilir.

Xülasənin yazı qaydası:

Kənar boşluqlar: 2,5 sm

Şrift: Times New Roman, 11 ölçü

Sətir aralığı: 1.00 sm

Başlıq: Bütün hərflər böyük hərflərlə

Açar sözlər: Ən azı 3

Sözlərin sayı: Ən azı 250

Xülasənin mətni 200-300 söz aralığında olmalıdır. Bundan əlavə, bütün müəlliflərin ad və soyadının, iş yerinin, iş sahəsinin, elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin və ORCID nömrələrinin daxil edilməsi mütləqdir.

Xülasələr ən geci 10 sentyabr 2025-ci il tarixinədək word/doc/docs formatında info@scienceazerbaijan.org ünvanına göndərilməlidir.

Məqalənin təqdim edilmə qaydaları:

Məqalənizin konfrans kitabında çap olunmasını istəyirsinizsə, xülasəniz təsdiq olunduqdan sonra ən geci 10 oktyabr 2025-ci il tarixi saat 17:00-a qədər info@scienceazerbaijan.org ünvanına göndərməlisiniz. Tam mətnlərdə plagiatlıq nəticəsi 30%-dən çox olan tədqiqatlar qiymətləndirilmədən kənar qalacaqdır.

Məqalənin yazılması qaydaları:

Kənar boşluqlar: 2,5 sm

Şrift: Times New Roman, 11 şrift

Sətir aralığı: 1.00 sm

Başlıq: Bütün hərflər böyüklə yazılmalıdır

Alt başlıqlar: Kiçik hərflərlə yazılmalıdır

Səhifələrin sayı: Ən azı 5 səhifə olmalıdır

Maksimum səhifə sayı: 25 səhifə

Məqalənizdə xülasə, giriş, mənbə, metodologiya, nəticə və tövsiyələr, ədəbiyyat bölmələri ayrı-ayrı başlıqlar altında yazılmalıdır.

İstinad üçün APA 6 stilindən istifadə edilməlidir.

Bundan əlavə, məqaləyə daxil edilmiş bütün müəlliflərin ad, soyad, iş yeri, təhsil sahəsi, şəhər və ölkə, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır.

Ətraflı məlumat: https://www.iksadkongre.com/sustainability

Əlaqə məlumatları:

Elektron poçt: info@scienceazerbaijan.org
Telefon nömrəsi: +90 537 579 28 78 / 051 280 43 35
Faks: +90 216 606 32 75

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.