logo
“6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda beynəlxalq konfrans keçirilib
“6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda beynəlxalq konfrans keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda Azərbaycan, Türkiyə və Pakistandan olan  nümayəndələrin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

05 may 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş inkişaf etməkdə olan sahibkarların “6-cı CODE Beynəlxalq Bakı 2023” (6th International Conference of Developing Entrepreneurs) konfransı keçirilib.

Konfransda ölkəmizin bir sıra ali təhsil ocaqları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq universitetlər və digər qurum və təşkilatların nümayəndələri iştirak ediblər. Beynəlxalq tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Asəm Məmmədov təmsil edib.

Konfransı giriş sözü ilə açmış Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev sahibkarlığın iqtisadi inkişafın təminində müstəsna rolundan bəhs edib.

Konfrans işini panel müzakirələri ilə yekunlaşdırıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.