16 – 17 avqust 2023-cü il tarixlərində Çin Xalq Respublikasının Urumçi şəhərində “Dayanıqlı iqtisadi inkişaf üçün rəqəmsal texnologiyaların tətbiqi” mövzusunda 7-ci CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu baş tutub.
Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov və Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev təmsil ediblər. M. Hümbətov İqtisadi və Sosial İnkişaf Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyindən ibarət Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində olub.
Forumda M. Hümbətov geoiqtisadi qeyri-müəyyənliklər şəraitində beyin mərkəzlərinin roluna dair panel müzakirəsində çıxış edib və bir sıra sualları cavablandırıb.
Qeyd edək ki, 2022-ci ilin 15 – 16 sentyabr tarixlərində Bakıda CAREC İnstitutu və İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə 6-cı CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu təşkil edilib. Forum çərçivəsində ESRI və CAREC İnstitutu arasında birgə fəaliyyət üzrə anlaşma memorandumu imzalanıb.