26 dekabr 2023-cü il tarixində “Türk iqtisadiyyatlarında rəqəmsal ticarət və investisiya potensialının açılması” mövzusunda vörkşopda iştirak etmək məqsədilə Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olan ESRI nümayəndələri Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) nümayəndələri ilə görüşüblər.
Görüşdə ESRI əməkdaşları İnstitutın 60 ilə yaxın tarixi, fəaliyyət istiqamətləri, yaxın zamanda aparılmış islahatlar, tədqiqat işləri, elmi araşdırmaları və nəşrləri barədə ətraflı məlumat veriblər.
Öz növbəsində AVİM-in sədri Alev Kılıç 2009-cu ildən fəaliyyət göstərən Mərkəzin başlıca fəaliyyət istiqamətinin regionunda çalışan ekspertlər və tədqiqatçılar arasında intellektual ünsiyyət və əməkdaşlıq şəbəkəsinin yaradılmasına yönəldiyini qeyd edib.
Sonda birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək barədə razılığa gəlmiş tərəflər bununla əlaqədar olaraq Anlaşma Memorandumu imzalayıblar.