13 sentyabr tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası həyata keçirilib.
Dissertantlar və doktorantlar attestasiya komissiyasına elmi tədqiqat fəaliyyətləri ilə bağlı hesabatlarını təqdim ediblər. Attestasiya komissiyası tərəfindən doktorant və dissertantların məqalələrinin nəşri ilə bağlı suallar verilib. Doktorant və dissertantlar tədqiqat ili ərzində gördükləri işlərin qısa yekunu haqqında məlumat verərək sualları cavablandırıblar. Attestasiya olunanların dissertasiya işləri ilə əlaqədar qarşılaşdıqları problemlər dinlənilib.
Sonda attestasiya komissiyasının üzvləri doktorant və dissertantlara tövsiyələrini veriblər.