10 fevral 2025-ci il tarixində ESRI-də İstehsal sahələri şöbəsi tərəfindən “Yaşıl iqtisadiyyat və yaşıl marketinq: müasir çağırışlar və Azərbaycan reallıqları” mövzusunda elmi-nəzəri seminar keçirilib.
İstehsal sahələri şöbəsinin baş elmi işçisi, dosent Turanə Əhmədova tərəfindən keçirilən seminarda yaşıl iqtisadiyyat və onun ənənəvi iqtisadiyyatla müqayisəsi, yaşıl iqtisadiyyat trendləri, transformasiya dövrləri, yaşıl marketinq və davamlı inkişaf kimi məsələlər müzakirə olunub.
Seminarın yekununda mövzu ilə bağlı müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.