logo
ESRI-nin əməkdaşları “Elektron tullantılar və qlobal trendlər” mövzusunda seminarda iştirak ediblər

15 fevral 2023-cü il tarixində Sağlamlıq və Çirklənmə Qlobal Alyansı (GAHP) tərəfindən Xəzər Universitetində “Elektron tullantılar və qlobal trendlər” mövzusunda beynəlxalq seminar keçirilib. 
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Energetika Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, universitetlər və vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri iştirak ediblər. 

Seminarda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Samirə Mirzəliyevə və Nərminə İsmayılova təmsil ediblər. Seminar GAHP-ın Azərbaycan Respublikası üzrə koordinatoru Rövşən Abbasov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, həmçinin GAHP-ın nümayəndəsi Lüsil Okiyonun nitqləri ilə açıq elan edilib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının Təlim və Maarifləndirmə Təşkilatının eksperti Kornelis Piter Balde seminar mövzularını əhatə edən təqdimatlar edib. 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.