Forumda Azərbaycanın milli iqtisadi inkişaf gündəliyində nəqliyyat əlaqələrinin əhəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının ölkələri arasında nəqliyyat və kommunikasiya sahəsində regional əməkdaşlığın zəruriliyi vurğulanıb.
31 may – 2 iyun 2023-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən “Rəqəmsal və yaşıl transformasiyalar: İnnovasiya və dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda Forum keçirilib.
Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov və Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Kərim Hacıyev təmsil ediblər.
Tədbirdə rəqəmsal və “yaşıl transformasiya”ların təşviqində innovasiyalar və dövlət-özəl tərəfdaşlığının rolu, “yaşıl transformasiya”nın Davamlı İnkişaf Gündəliyinin həm ekoloji, həm də iqtisadi və sosial aspektlərdən əhəmiyyəti, rəqəmsal iqtisadiyyatın “yaşıllaşdırılması” imkanları, rəqəmsal alətlərin dövlət-özəl tərəfdaşlığına inteqrasiyasının “yaşıl transformasiya” və dairəvi iqtisadiyyat keçidinə töhfəsi kimi mövzular müzakirə olunub.
M. Hümbətov forumda çıxış edərək Azərbaycanın innovasiya siyasəti, rəqəmsal transformasiya, rəqəmsal iqtisadiyyat və dövlət-özəl tərəfdaşlığı, eləcə də bu sahələrdə gələcək illər üçün gözlənilən əməkdaşlıq imkanları haqqında fikirlərini ifadə edib. Həmçinin ölkəmizin milli iqtisadi inkişaf gündəliyində beynəlxalq nəqliyyat, loqistika və tranzit əlaqələrinin əhəmiyyətini və UNECE ölkələri arasında nəqliyyat və kommunikasiya sahəsində regional əməkdaşlığın zəruriliyini vurğulayıb.
M. Hümbətov Azərbaycanda innovasiya siyasətinin yüksək prioritet məsələ olduğunu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının tətbiqini, dövlət-özəl tərəfdaşlığının bu sahələrə investisiyalar və “nou-hau” cəlb etmək üçün müstəsna vasitə olduğunu diqqətə çatdırıb.
Forumda Azərbaycanın milli iqtisadi inkişaf gündəliyində nəqliyyat əlaqələrinin əhəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının ölkələri arasında nəqliyyat və kommunikasiya sahəsində regional əməkdaşlığın zəruriliyi vurğulanıb.
31 may – 2 iyun 2023-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən “Rəqəmsal və yaşıl transformasiyalar: İnnovasiya və dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda Forum keçirilib.
Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov və Elm, təhsil və karyera inkişafı şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli, Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Kərim Hacıyev təmsil ediblər.
Tədbirdə rəqəmsal və “yaşıl transformasiya”ların təşviqində innovasiyalar və dövlət-özəl tərəfdaşlığının rolu, “yaşıl transformasiya”nın Davamlı İnkişaf Gündəliyinin həm ekoloji, həm də iqtisadi və sosial aspektlərdən əhəmiyyəti, rəqəmsal iqtisadiyyatın “yaşıllaşdırılması” imkanları, rəqəmsal alətlərin dövlət-özəl tərəfdaşlığına inteqrasiyasının “yaşıl transformasiya” və dairəvi iqtisadiyyat keçidinə töhfəsi kimi mövzular müzakirə olunub.
M. Hümbətov forumda çıxış edərək Azərbaycanın innovasiya siyasəti, rəqəmsal transformasiya və dövlət-özəl tərəfdaşlığı, eləcə də bu sahələrdə gələcək illər üçün gözlənilən əməkdaşlıq imkanları haqqında fikirlərini ifadə edib. Həmçinin ölkəmizin milli iqtisadi inkişaf gündəliyində nəqliyyat əlaqələrinin əhəmiyyətini və UNECE ölkələri arasında nəqliyyat və kommunikasiya sahəsində regional əməkdaşlığın zəruriliyini vurğulayıb.