logo
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində İqtisadi Elmi Tədqiqat İnstitutu “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi elan edir

Müsabiqənin əsas istiqaməti və alt başlıqları:

  • Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında müstəsna xidmətləri:
  • Qeyri-neft sektorunun inkişafı: iqtisadi fəaliyyət sahələrinin inkişafa təsirləri;
  • Logistika və ticarətin inkişafı, nəqliyyat dəhlizlərinin ölkənin iqtisadi inkişafına təsirləri;
  • Sosial və dayanıqlı inkişaf siyasətinin hədəfləri;
  • İşğaldan azad olunmuş ərazilərin yenidənqurma və bərpasında ölkənin iqtisadi diplomatiyasının rolu: Azərbaycanın timsalında;
  • Azərbaycan beynəlxalq iqtisadi münasibətlərdə;
  • Postpandemiyadan sonrakı iqtisadi trendlər;
  • Kreativ (yaradıcı) iqtisadiyyatın qloballaşmada rolu;
  • Rəqəmsal transformasiyanın iqtisadi inkişafda rolu;
  • Neft və qaz sektorunun inkişafı.

Müsabiqənin məqsədi yerli və xarici ali təhsil və elmi-tədqiqat müəssisələrinin/beyin mərkəzlərinin əməkdaşları, doktorant, magistr və bakalavrların müstəqil Azərbaycanın ümumi iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi mərhələləri boyunca H.Əliyevin səyi və təşəbbüsü ilə həyata keçirilmiş iqtisadi islahatların Azərbaycanın iqtisadi inkişafına töhfəsi, eləcə də ölkəmizin hazırkı iqtisadi inkişaf meyilləri ilə bağlı tədqiqat aparmalarının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.

Mükafatlandırma pul şəklində və həvəsləndirici sertifikatlardan ibarət olacaqdır:

  • Mükafatın məbləği 4 qalib məqalənin hər biri üçün 500 AZN-dir.
  • Qalib məqalə müəlliflərinə müvafiq sertifikatlar veriləcək.

Qaliblər oktyabr ayında keçirilməsi nəzərdə tutulan Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfransda çıxış etmək üçün dəvət ediləcək və mükafatları tədbir zamanı təqdim ediləcək. Sözügedən konfransın hibrid formatda keçirilməsi nəzərdə tutulur.

Həmmüəlliflik prinsipi ilə yazılmış məqalələr üzrə mükafat, tədbirdə iştirak, təqdimat və s. 1 (bir) nəfər (məqalədə ilk adı keçən müəllif) üçün nəzərdə tutulur.

Müsabiqə Komissiyası tərəfindən seçilən xüsusi məqalələr İnstitutun Elmi Əsərlər Toplusunun növbəti sayında Azərbaycan dilində və baş redaktorluğu İqtisadi Elmi Tədqiqat İnstitutunda olan İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalında ingilis dilində çap olunacaq.

Məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində bir və bir neçə müəllif tərəfindən təqdim edilə bilər. Eyni müəllif və ya həmmüəlliflər tərəfindən müsabiqəyə yalnız bir məqələ təqdim edilə bilər. Müsabiqədə iştirak etmək istəyən şəxslər məqalələrini tam şəkildə office@esri.gov.az elektron ünvanına göndərməlidirlər.

Məqalə 2500 sözədək (xülasə, açar sözlər, akronim və ədəbiyyat siyahısını çıxmaqla) olmaqla (şrift “Times New Roman”, şriftin ölçüsü 12, sətirlərarası məsafə 2.0 interval, sol sahə 2.5 sm, yuxarı sahə 2.5 sm, aşağı sahə 2.5 sm, sağ sahə 2.5 sm) təqdim edilməlidir. Müəllif qaydaları ilə elanın əlavəsində tanış ola bilərsiniz.

 

Müsabiqəyə təqdim edilmiş bütün məqalələr yalnız xüsusi antiplagiat proqramı vasitəsilə yoxlandıqdan sonra Müsabiqə Komissiyasının qiymətləndirməsinə buraxılır.

Məqalədə müəllifin adı və soyadı, iş yeri, vəzifəsi, elmi dərəcəsi və elmi adı, elektron poçt ünvanı və telefon nömrəsi, doktorant, magistr və bakalavrın isə bütün bunlardan əlavə təhsil aldığı təhsil müəssisəsi, fakültə və qrupunun nömrəsi mütləq qeyd olunmalıdır.

Məqalələrin son qəbul tarixi: 8 iyun 2023-cü il

Müsabiqənin nəticələri 19 iyun 2023-cü il tarixində elan olunacaq. Müsabiqənin yekunları ilə bağlı tədbir 3 iyul 2023-cü il tarixində keçiriləcək.

 

Müsabiqədə iştirak etmək istəyən hər kəsə uğurlar diləyirik!

 

MÜƏLLİFLİK QAYDALARI

Quruluş: Məqalələr Amerika Psixoloji Assosiasiyasının (APA) Nəşr Kitabının 7-ci izahatında göstərilən təlimatlara uyğun olaraq yazılmalıdır. Məqalələr “Microsoft Word” formatında (21 sm x 29.7 sm), 12 ölçüdə “Times New Roman” şriftində, hər tərəfdən 2.5 sm məsafədə, paraqraflar soldan düzülmüş şəkildə, səhifələr sağ yuxarıda rəqəmləndirilmiş şəkildə və cüt aralıqlı (2.0) olmalıdır (cədvəllər və şəkillər 1.0 olaraq istifadə edə bilərlər).

İlk səhifə: Bu səhifə məqalənin başlığı, müəllifin adı, imeyli, təşkilatı və ölkəsi, mövzusu, açar sözləri və məqalənin giriş hissəsini əhatə edir.

  1. Başlıq

Başlıq 12-nöqtəli “Times New Roman” şriftində, qalın və mərkəzdə olmalıdır. Bir sıra boşluqdan sonra, müəlliflərin adları, soyadları və imeylləri sağ tərəfdə sadə 12 ölçüdə göstərilməlidir. Başqa bir sıra boşluqdan sonra, müəllifin təşkilatının adı, ünvanı (şəhər) və ölkəsi sadə 11 ölçüdə yazılmalıdır.

Nümunə

XXXXX XXXXX XXXXX

                                                                                                      Müəllif 1, elektron poçt,

                                                                                                      təşkilatın adı, şəhər, ölkə

                                                                                                      Müəllif 2, elektron poçt,

                                                                                                      təşkilatın adı, şəhər, ölkə

  1. Xülasə

Xülasə, araşdırma mövzusu, istifadə edilmiş metodlar və əsas nəticələr və qərarların kəskin təsviri olmalıdır. Xülasə 200 sözdən çox olmamalıdır. 10 sadə font ölçüsündə yazılmalı və tədqiqatın əsas məqamlarını bütünüylə əhatə etməlidir. Təsvir məlumatları doğru, qısa və tədqiqatın əsas nöqtələrini özündə cəmlənməlidir.

  1. Açar sözlər

Təsvirin ardından, müəllif məqalədə istifadə edilən ən mühüm mövzuları, metodları və / və ya çərçivələri göstərən vergüldən ibarət 6 açar sözün siyahısını təqdim etməlidir. Açar sözlər 10 sadə font ölçüsündə yazılmalıdır.

 

Məzmun: Məqalənin əsas hissəsi APA təlimatlarına uyğun olaraq 12 ölçüdə yazılmalıdır.

  1. Başlıqlar

Başlıqlar ərəb rəqəmləri ilə nömrələndirilməli, qalın şriftlə soldan düzülmiş şəkildə və 12 ölçüdə yazılmalıdır. Bölmələr arasında və başlıq və əsas mətn arasında bir tam xətlə ayrılmalıdır. Bölmənin daxilindəki paraqraflar 5 simvol boşluqdan sonra başlamalıdır.

  1. Alt başlıqlar

Alt başlıqlar (əgər varsa) qalın şriftlə, soldan düzülmiş şəkildə 12 ölçüsündə və ərəb rəqəmləri ilə nömrələnmiş olmalıdır (əvvəlcə başladığı bölməni, sonra ardıcıl nömrələndirməni göstərməlidir) (məsələn: 2.1 və ya 2.1.1).

  1. Riyazi formulalar

Bütün riyazi formulalar açıq şəkildə qeyd edilməli və məqalənin əvvəlindən ardıcıl nömrələnməlidir. Onlar sadəcə (1), (2), (3) kimi nömrələnməlidir.

  1. Cədvəllər və şəkillər

Cədvəllər və şəkillər məqalənin başlanğıcından etibarən ardıcıl ərəb rəqəmləri ilə nömrələnməlidir. Nömrələr cədvəllər və ya şəkillər mətnlərdə göründüyü sıraya əsasən təyin edilməli və qalın şriftlə soldan düzülmüş şəkildə olmalıdır. Bütün cədvəllər və şəkillərin başlığı olmalıdır. Başlıqlar 12 “Times New Roman” ölçüdə soldan düzülmiş şəkildə italik şriftlə cədvəllər və ya şəkillərin nömrəsindən aşağıda və boş bir sətirə sahib olmalıdır (nömrə və başlıq arasında).

Bütün cədvəllər və şəkillər mətn içində istifadə edilməlidir. Cədvəllər və şəkillər mətnə istinad edildikdən sonra ilk uyğun yerdə yerləşdirilməlidir. Şəkillər “PNG” və “JPEG” formatlarında olmalıdır.

 

İstinadlar: Mətndaxili istinadlar və ədəbiyyat siyahısı üçün APA stilistikasından istifadə edilməlidir.

  1. Mətndaxili istinadlar

Mətndaxili istinadlar müəllif və nəşr ilini əks etdirən mötərizələr vasitəsilə verilməlidir.

Nümunələr:

• bir müəllifin əsəri – (Nielsen, 2017);

• iki müəllifin əsəri – (Sadıqzadə & Nəsibov, 2022);

• üç və ya daha çox müəllifin əsəri – (Hüseynova və b., 2019);

• eyni ili əhatə edən iki və ya daha çox müəllifin əsəri – (Berndt, 1981a; Berndt, 1981b);

• müəssisə müəllif kimi – (Qida və Dərman Agentliyi [FDA], 2019);

• dırnaq işarəsi daxilində istinadlar üçün – (Yanmaz, 2018, s. 12).

  1. Ədəbiyyat siyahısı

Məqalədə göstərilən hər mənbə ədəbiyyat siyahısında göstərilməlidir. Hər bir istinadın ilk sətrindən sonra olan bütün sətirlər sol sərhəddən yarım inç və 1.27 sm məsafədə olmalıdır. Ədəbiyyatlar əlifba sırası ilə düzülməli və APA 7-ci nəşrə uyğun olmalıdır.

“Creative Commons Attribution”: Müəlliflər məqalənin “Creative Commons Attribution” Lisenziyası 4.0 şərtləri ilə dərc edilə biləcəyini təsdiq edirlər.

 

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.