İnstitut
15-17 may 2026-ci il tarixlərində Türkiyənin Tokat şəhərində keçiriləcək Əl-Fərabi XV Beynəlxalq Elmi Tədqiqat və İnnovasiya Konfransına bütün elm sahələri üzrə orijinal akademik məqalələr qəbul edilir.
Konfrans Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD), Tokat Qaziosmanpaşa Universiteti, Tekirdağ Namık Kemal Universiteti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu və Razzakov Qırğız Dövlət Texniki Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konfransa azərbaycan, türk, qazax, ingilis və rus dillərində yazılan məqalələr qəbul edilir.
Ətraflı məlumat üçün: https://www.farabicongress.org/tr
Əsas tarixlər:
Xülasənin təqdim edilməsi üçün son tarix: 27 aprel 2026-cı il
Son qeydiyyat tarixi: 25-30 aprel 2026-cı il
Konfrans proqramının elan tarixi: 3 may 2026-cı il
Tam məqalə mətninin təqdim edilməsinin son tarixi (Tam mətnin təqdim edilməsi məcburi deyil): 30 may 2025-ci il
Konfrans materialları kitabının nəşri: 20 iyun 2026-cı il
Xülasənin təqdim edilmə qaydaları:
Konfransda iştirak üçün müraciət xülasə təqdim etməklə həyata keçirilir. Xülasələrin qiymətləndirilməsi prosesi maksimum 3 gün ərzində tamamlanır və nəticə barədə müəlliflərə gecikmədən məlumat verilir. Təqdim edilən xülasələrin həcmi 200-300 söz arasında olmalıdır. Xülasələr word/doc formatında ən gec 27 aprel 2026-cı il tarixinədək farabidergisi@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Konfransa məqalələrin tam mətnlərinin təqdim edilməsi məcburi deyil. Tam mətnlərin konfrans kitabında dərc olunmasını arzu edən müəlliflərdən, xülasənin qəbul edilməsindən sonra tam mətnlərini ən gec 30 may 2026-cı il tarixinədək farabidergisi@gmail.com elektron poçt ünvanına göndərmələri tələb olunur.
Məqalənin tərtibat qaydaları:
· Mətn (məqalə başlığı, müəllif və müəssisə adları, e-poçt ünvanları, xülasə və açar sözləri) Times New Roman, 11 punkt şriftlə yazılmalıdır. Qrafik, cədvəl və oxşar hissələrdə şrift ölçüsü müəllif tərəfindən uyğun şəkildə müəyyən edilə bilər.
· Sətirarası məsafə 1 olmalıdır.
· Abzasların əvvəlində soldan girinti verilməməlidir.
· Əsas başlıqlar BÖYÜK HƏRFLƏ və qalın (bold) yazılmalıdır.
· İstinadlar və ədəbiyyat siyahısı APA üslubuna uyğun tərtib edilməlidir.
· Tam mətnlərin həcmi ən azı 5 səhifə olmalıdır.
· Tam mətnlərdə xülasə, giriş, tədqiqat və nəticələr, yekun (nəticə) və ədəbiyyat siyahısı bölmələri ayrı-ayrı başlıqlar altında təqdim edilməlidir.
Əlaqə:
Email: farabidergisi@gmail.com / office@esri.gov.az
Whatsapp: +90 551 621 7076 / +994 55 847 32 44