İnstitut
İETİ-də Zəfər Gününə həsr olunmuş elmi-analitik dəyirmi masa keçirilib
6 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda (İETİ) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən quruculuğa: Qarabağ və Şərqi Zəngəzurun inkişaf perspektivləri” mövzusunda elmi-analitik dəyirmi masa keçirilib.
Almatıda Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq üzrə II Tyanşan Forumu keçirilib
2–3 noyabr 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyada dayanıqlı bağlantıların və keyfiyyətli investisiyaların gücləndirilməsi” mövzusunda Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq üzrə II Tyanşan Forumu keçirilib.
İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşı Şimali Kiprdə keçirilən Türk Akademiyasının beynəlxalq tədbirdə məruzə ilə çıxış edib
İqtisadi Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi İntizar Rüstəmova 12 oktyabr 2026-cı il tarixində Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa şəhərində Türk Akademiyasının nəşr etdiyi iki analitik hesabatın təqdimatına həsr olunmuş beynəlxalq tədbirdə məruzəçi qismində iştirak edib.
Regional pasportlar hər bir bölgə haqqında dolğun və etibarlı məlumat təqdim edən rəqəmsal profillərdir.
Bu pasportlarda əhali, iqtisadiyyat, infrastruktur və sosial göstəricilər kimi əsas məlumatlar cəmlənib.
Məqsədimiz, istifadəçilərə regionların real potensialını görməyə və düzgün qərar verməyə kömək etməkdir.
İqtisadi Potensial
Sənaye, kənd təsərrüfatı və xidmət sektorlarının əsas göstəriciləri və inkişaf imkanları.
İnvestisiya və Turizm İmkanları
Regionun investisiya mühiti, turizm potensialı və dəstək proqramları haqqında dolğun məlumat.
İnfrastruktur və Logistika
Nəqliyyat şəbəkəsi, kommunikasiya imkanları və logistika mərkəzləri barədə məlumat.
Demoqrafik Məlumatlar
Region əhalisi, yaş strukturu, məşğulluq səviyyəsi və digər demoqrafik göstəricilər.