“NEOECON REVIEW” adlı yeni jurnala məqalə qəbulu

“NEOECON REVIEW” adlı yeni jurnala məqalə qəbulu

İqtisadi Elmi Tədqiqat İnstitutunda ilk dəfə təsis olunan “NeoEcon Review” (NER) adlı jurnala məqalə qəbulu elan edilir.

“NeoEcon Review” jurnalı müasir iqtisadiyyatın nəzəri və praktik aspektlərini araşdırmaq, yeni yanaşmaları təqdim etmək və qlobal elmi müzakirələrə töhfə vermək məqsədi ilə nəşr olunur.

Jurnal iqtisadiyyat sahəsində innovativ tədqiqatları dəstəkləmək, həm elm adamları, həm də qərarvericilər üçün praktik dəyər daşıyan bilik mənbəyi yaratmağı hədəfləyir.

Jurnala aşağıdakı istiqamətlərdə yazılan həm nəzəri, həm də praktiki məsələlərə yönələn yalnız ingilis dilində yazılan məqalələr qəbul edilir:

  • Rəqəmsal iqtisadiyyat, süni intellekt və texnologiyanın iqtisadi təsirləri;
  • Dayanıqlı inkişaf, yaşıl və dairəvi iqtisadiyyat;
  • Qlobal ticarət, maliyyə bazarları və beynəlxalq iqtisadi münasibətlər;
  • İqtisadi siyasət, idarəetmə və institusional islahatlar;
  • Sosial-iqtisadi problemlər, əmək bazarı və demoqrafik dəyişikliklər;
  • Platforma və məlumat iqtisadiyyatı;
  • Kreativ və paylaşım iqtisadiyyatı və digər müasir trendlər.

Məqalələri 31 mart 2026-cı il tarixinədək neoeconreview@esri.gov.az imeyl ünvanına mövzu hissəsində ad və soyadınızı qeyd edərək göndərə bilərsiniz.

MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR

1. Ümumi məlumat

“NeoEcon Review” jurnalına təqdim olunan məqalələr yüksək akademik və etik standartlara uyğun olmalıdır. Təqdim edilən məqalələr orijinal olmalı, eyni vaxtda başqa nəşrdə baxılmamalı və daha əvvəl tam və ya qismən dərc olunmamalıdır.

Jurnala yalnız ingilis dilində yazılmış məqalələr qəbul edilir.

2. Müəllif məlumatları

Məqalənin titul səhifəsində aşağıdakı məlumatlar göstərilməlidir:

· Müəllif(lər)in ad və soyadı;

· Elmi dərəcə və vəzifə (mövcuddursa);

· İş yeri, fakültə/şöbə, şəhər və ölkə;

· Məsul müəllifin aktiv e-poçt ünvanı və telefon nömrəsi;

· Mövcuddursa, ORCID ID.

3. Xülasə və açar sözlər

Hər məqalədə ingilis və azərbaycan dillərində yazılmış 150-200 sözdən ibarət xülasə olmalıdır. Xülasədən sonra ən azı 5 açar söz göstərilməlidir.

4. Məqalənin strukturu və texniki tələblər

4.1. Məqalənin ümumi həcmi minimum 8 səhifə, maksimum 25 səhifə olmalıdır. Məqalə Microsoft Word formatında təqdim edilməlidir.

4.2. Format tələbləri:

· Kağız ölçüsü: A4

· Şrift: Times New Roman

· Əsas mətn: 12 pt

· İstinadlar: 11 pt

· Haşiyə qeydləri: 9 pt

· Sətirarası məsafə: 1.15

· Sahələr (kənar boşluqlar): 2.5 sm (yuxarı, aşağı, sol, sağ)

4.3. Məqalə adətən aşağıdakı bölmələrdən ibarət olmalıdır:

· GİRİŞ

· ƏDƏBİYYAT İCMALI

· METODOLOGİYA

· ƏSAS BÖLMƏLƏR VƏ YARIMBÖLMƏLƏR

· NƏTİCƏ

· İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

· ƏLAVƏLƏR (ƏGƏR VARSA)

GİRİŞ, NƏTİCƏ VƏ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT bölmələri nömrələnməməlidir.

4.4. Başlıqlar və altbaşlıqlar qalın şriftlə yazılmalıdır. Maksimum üç səviyyəli başlıqdan istifadə edilə bilər (1., 1.1., 1.1.1.). Birinci səviyyə başlıqlar BÖYÜK HƏRFLƏRLƏ yazılmalıdır.

5. Cədvəllər və şəkillər

Cədvəllər və şəkillər ardıcıl şəkildə nömrələnməlidir. Onların başlıqları və izahları aydın və informativ olmalıdır. Əgər mənbədən istifadə olunubsa, bu, cədvəl və ya şəklin dərhal altında göstərilməlidir.

6. İstinadlar və mənbələr (APA 7 standartına əsasən)

6.1. Ədəbiyyat siyahısına yalnız mətndə istinad edilən mənbələr daxil edilməlidir. Mənbələr əlifba sırası ilə düzülməlidir. Mövcud olduqda DOI linkləri göstərilməlidir. Mətn daxilində istinadlar müəllifin soyadı və nəşr ili ilə mötərizədə verilməlidir.

Mətn daxilində istinad nümunələri:

• Bir müəllif: (Arzu, 2021)

• İki müəllif: (Arzu & Gunel, 2020)

• Üç müəllif (ilk istinad): (Arzu, Gunel & Uğur, 2019)

• Üç və daha çox müəllif (sonrakı istinadlar): (Arzu et al., 2019)

• İnstitusional müəllif: (World Health Organization, 2018)

6.2. Jurnal aşağıdakı mənbə növlərini qəbul edir:

• Elmi jurnal məqalələri

• Kitablar və kitab fəsilləri

• Dissertasiyalar və tezislər

• Konfrans materialları

• Rəsmi hesabatlar və onlayn mənbələr

• Media və sosial media materialları

6.3. Ədəbiyyat siyahısı nümunələri

Jurnal məqaləsi

Guliyev, M. (2023). Digital inequality dynamics in the digital economy. Economic Policy Review, 12(2), 45–63. https://doi.org/10.1234/epr.2023.5678

Kitab
Avolio, B. J., & Bass, B. M. (2002). Developing potential across a full range of leadership. Lawrence Erlbaum Associates.

Dissertasiya
Guliyev, M. (2014). The impact of imports from China on firm performance in Turkey (Dərc olunmamış doktorluq dissertasiyası). Karadeniz Technical University.

Onlayn mənbə / təşkilat

World Health Organization. (2018, May 24). The top 10 causes of death. https://www.who.int/news-room/fact-sheets/detail/the-top-10-causes-of-death

Media (Video / TED)

Anadol, R. (2020, July). Art in the age of machine intelligence [Video]. TED Conferences. https://www.ted.com

Sosial media

Alper, S. [SinanAlper_]. (2020, September 2). Indeed, the purpose of statistics and the scientific fields that use them is to predict what has not yet happened [Tweet]. Twitter. https://twitter.com/SinanAlper_/status/1301210933335916547

7. Süni intellektdən (AI) istifadə

7.1. Süni intellektdən yalnız aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

• Tərcümə və dil redaktəsi;

• Formatlaşdırma və istinadların idarə edilməsi;

• Texniki və metodoloji yardım.

7.2. Aşağıdakı hallarda AI istifadəsi qəti qadağandır:

• Məqalənin tam və ya əsas hissələrinin AI ilə yazılması;

• Saxta mənbələrin və ya məlumatların yaradılması;

• Tədqiqat nəticələrinin təhrif edilməsi və ya manipulyasiyası.

8. Plagiat

Bütün məqalələr plagiat və AI aşkarlama proqramları ilə yoxlanılır. Redaksiya heyəti aşağıdakı qaydaları tətbiq edir:

• Oxşarlıq indeksi 20%-dən yuxarı olan məqalələr (ədəbiyyat siyahısı çıxılmaqla) rəy prosesinə göndərilmədən rədd edilir.

• Oxşarlıq indeksi 20% və ya daha aşağı olan məqalələr rəy prosesinə qəbul edilir.

9. Etik Prinsiplər

9.1. Məqalədə göstərilən bütün müəlliflər real elmi töhfə vermiş olmalıdır. Plagiat və özünə-plagiat qəti qadağandır.

9.2. Hər hansı maliyyə və ya institusional maraq toqquşması açıq şəkildə bəyan edilməlidir.

10. Rəy Prosesi (Peer Review)

Jurnala təqdim olunan bütün məqalələr ən azı iki müstəqil rəyçi tərəfindən qiymətləndirilir. Yalnız müsbət rəy alan məqalələr nəşrə qəbul olunur.

11. Müəllif hüquqları

Məqalə dərc edildikdən sonra müəllif hüquqları jurnal tərəfindən qorunur. Məqalədən istənilən istifadə zamanı mütləq düzgün istinad verilməlidir.

12. Müəllif anketi

Məqalə müəllif anketi ilə birlikdə təqdim edilməlidir.

Müəllif anketi

Müəllifin adı, ata adı, soyadı


Məqalənin UOT indeksi, adı


Müəllifin imeyl ünvanı


Telefon nömrəsi


Təhsil aldığı müəssisənin adı


Elmi dərəcəsi, vəzifəsi, işlədiyi təşkilatın adı və yeri


Məqalənin digər jurnallarda göndərilmədiyi haqqında zəmanət


Məqalənin təhvil verildiyi tarix