İqtisadi Elmi Tədqiqat İnstitutunun doktorant və dissertantlarının nəzərinə!

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.09.2020-ci il qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın tələblərinə müvafiq olaraq İqtisadi Elmi Tədqiqat İnstitutunda ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və iqtisadiyyatın ümumelmi əsaslarından əlavə imtahanlar keçiriləcəkdir. İmtahanların keçirilməsi İnstitutun inzibati binasında 22.05.2026-cı il tarixində saat 10:00 təyin olunmuşdur.

İddiaçılar 08.05.2026-ci il tarixinədək İnstituta şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmuş ərizə ilə müraciət etməlidirlər.

İxtisas fənlərinin proqramlarını institutdan əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir, dissertasiyanın ilkin müzakirəsinədək verilir və nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçısının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahan verməlidirlər.