İnstitut
15-17 may 2026-ci il tarixlərində Türkiyənin Tokat şəhərində keçiriləcək “Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda IV Beynəlxalq Elmi Konfransına məqalə qəbulu elan edilir.
Konfrans Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD), Tekirdağ Namık Kamal Universiteti, Tokat Gaziosmanpaşa Universiteti, Bandırma Onyedi Eylül Universiteti, İstanbul Gelişim Universitetinin “Sürdürebilir Çevre ve Toplum Uygulama ve Araştırma Merkezi”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti və Razzakov Qırğız Dövlət Texniki Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Konfransa aşağıdakı mövzularda azərbaycan, türk və ingilis dillərindən birində məqalə qəbulu mümkündür:
Təkrar emal, təkrar emal iqtisadiyyatı, ətraf mühit iqtisadiyyatı və siyasəti, ətraf mühit və dayanıqlı inkişaf siyasəti, təkrar emal və ətraf mühit texnologiyaları, dayanıqlılıq, dayanıqlı siyasət, tullantı iqtisadiyyatı, su ehtiyatlarının idarə olunması, bərpa olunan və dayanıqlı enerji siyasəti, yaşıl tikinti və dayanıqlı inkişaf, torpaqların dayanıqlı idarəedilməsi, iqlim dəyişikliyi, tullantıların idarəedilməsi texnologiyaları, təkrar emal üsulları, dairəvi iqtisadiyyata keçid, dayanıqlı təcrübələrin tətbiqi, idarəetmə, tənzimləmə və siyasət mexanizmləri, eləcə də bu keçid prosesində yaranan iqtisadi çağırışlar və s. mövzular.
Konfransın məqsədi seçilən mövzuda iştirakçılar arasında qarşılıqlı faydalı bilik və təcrübə mübadiləsini təşviq etmək, eləcə də təkrar emal iqtisadiyyatı və davamlı inkişaf siyasətləri ilə bağlı çağırışları, qarşıda duran imkanları və strateji yanaşmaları birgə araşdırmaqdan ibarətdir.
Ətraflı məlumat üçün:https://www.iksadkongre.com/sustainability
Əsas tarixlər:
Xülasənin təqdim edilməsi üçün son tarix: 27 aprel 2026-cı il
Son qeydiyyat tarixi: 30 aprel 2026-cı il
Konfrans proqramının elan tarixi: 3 may 2026-cı il
Tam məqalə mətninin təqdim edilməsinin son tarixi (Tam mətnin təqdim edilməsi məcburi deyil): 30 may 2025-ci il
Konfrans materialları kitabının nəşri: 20 iyun 2026-cı il
Xülasənin təqdim edilmə qaydaları:
Konfransa xülasə göndərməklə qeydiyyatdan keçmək mümkündür. Konfrans beynəlxalq xarakterli olduğundan xülasənin ingilis dilində göndərilməsi mütləqdir. Xülasənin qiymətləndirilmə prosesi maksimum 5 gün ərzində tamamlanır və nəticə barədə müəlliflərə gecikmədən məlumat verilir.
Xülasənin yazı qaydası:
Xülasənin mətni 200-300 söz aralığında olmalıdır. Bundan əlavə, bütün müəlliflərin ad və soyadının, iş yerinin, iş sahəsinin, elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin və ORCID nömrələrinin daxil edilməsi mütləqdir.
Xülasələr ən geci 27 aprel 2026-cı il tarixinədək word/doc/docs formatında info@scienceazerbaijan.org ünvanına göndərilməlidir.
Məqalənin tərtibatı qaydaları:
Məqalənin konfrans kitabında çap olunmasını istəyirsinizsə, xülasə təsdiq olunduqdan sonra ən geci 30 may 2026-cı il tarixi saat 17:00-a qədər tam məqalə mətnini info@scienceazerbaijan.org ünvanına göndərməlisiniz. Tam mətnlərdə plagiatlıq nəticəsi 30%-dən çox olan tədqiqatlar qiymətləndirilmədən kənar qalacaqdır.
Məqalənin yazılması qaydaları:
Bundan əlavə, məqaləyə daxil edilmiş bütün müəlliflərin ad, soyad, iş yeri, təhsil sahəsi, şəhər və ölkə, e-poçt ünvanları, mobil telefon nömrələri və ORCID nömrələri olmalıdır.
Əlaqə:
E-mail: info@scienceazerbaijan.org / office@esri.gov.az
Telefon nömrəsi: +90 537 579 28 78 / +994 55 847 32 44