İqtisadi Elmi Tədqiqat İnstitutunun doktorant və dissertantlarının nəzərinə!

İqtisadi Elmi Tədqiqat İnstitutunda ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanlarıvə iqtisadiyyatın ümumelmi əsaslarından əlavə imtahanlar keçiriləcəkdir.

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir, dissertasiyanın ilkin müzakirəsinədək verilir və nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır.

Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçısının hazırladığı dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə imtahan verməlidirlər.

Həm ixtisas fənləri üzrə fəlsəfə doktoru, həm də iqtisadiyyatın ümumi əsaslarından əlavə imtahanlar İqtisadi Elmi Tədqiqat İnstitutunda başlayacaqdır:

1. İqtisadiyyatın ümumi əsaslarından əlavə imtahan – 12.11.2026-cı il tarixində saat 10:00;

2. İxtisas fənləri üzrə fəlsəfə doktoru imtahanı – 16.11. 2026-cı il tarixində saat 10:00.

İddiaçılar 04.11.2026-cı il tarixinədək İnstituta şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmuş ərizə ilə müraciət etməlidirlər.

İqtisadiyyatın ümumi əsaslarından əlavə imtahanın və ixtisas fənlərinin proqramlarını institutun Elmi katibindən əldə edə bilərsiniz.