İnstitut
UNEC-in müəllim və tələbələrinin iştirakı ilə keçirilmiş görüşdə i.e.d. Arzu Hüseynova elmə verilən dəyərdən və elmi fəaliyyətdə etik qaydalardan bəhs edib. Çıxışda elmi fəaliyyət etikasının təsnifatı, yaranma səbəbləri, elmi etik normalar və elmi etikanın prinsipləri vurğulanıb. Arzu Hüseynova həmçinin dünyanın məşhur alimlərinin elmi etika ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.