“Elektrotexnika sahəsində qlobal rəqabət: strateji aktorlar və müasir meyillər” adlı monoqrafiya nəşr olunmuşdur.

“Elektrotexnika sahəsində qlobal rəqabət: strateji aktorlar və müasir meyillər” adlı monoqrafiya nəşr olunmuşdur.

İETİ-nin “İstehsal sahələri” şöbəsinin rəhbəri prof.T.İ.İmanov, baş elmi işçi, dos.T.V.Əhmədova və mütəxəssis H.H.Rəhimlinin birgə müəllifliyi ilə “Elektrotexnika sahəsində qlobal rəqabət: strateji aktorlar və müasir meyillər” adlı monoqrafiya nəşr olunmuşdur.

Müasir şəraitdə sənaye müəssisələrinin bazar uğurunun strateji vektorlarından birini təşkil edən, əməliyyat xərclərinin azaldılması və bütün növ enerji mənbələrindən rasional istifadə edilməsində mühüm rol oynayan, istehsalın ekoloji göstəricilərinin yaxşılaşdırlmasına əhəmiyyətli töhfə verən dünya elektrotexnika məhsulları bazarı və onun ölkəmizdə formalaşması istiqamətləri bu gün praktik işçilər və bu sahədə tədqiqat aparan alimlər arasında müzakirə edilən mühüm və aktual mövzulardan hesab olunur. Bu baxımdan geniş oxucu auditoriyasına təqdim edilən monoqrafiyanın məqsədi elektrotexnika sahəsində nəzəri-metodoloji və konseptual cərçivəni, həmçinin müasir texnoloji meyilləri və problemləri aşkar etmək, bu sahədə dünya üzrə istifadə edilən praktiki model və texnoloji strategiyaları müəyyənləşdirmək, dayanqılı inkişaf mexanizmini formalaşdırmaqdan ibarətdir.

Monoqrafiyadan konkret ənənlərə, problem və inkişaf perspektivlərinə malik elektotexnika sənaye sahəsinin spesifik xüsusiyyətlərini hərtərəfli mənimsəyən enerji menecerləri tərəfindən biznes subyektləri üçünidxaləvəzləyicistrategiyanın işlənib hazırlanmasında, eləcə də bu istiqamət üzrə müvafiq tədqiqat işlərinin yerinə yetirilməsində faydalı mənbə kimi istifadə oluna bilər.