İnstitut



İqtisadi Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi İntizar Rüstəmova 12 oktyabr 2026-cı il tarixində Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşa şəhərində Türk Akademiyasının nəşr etdiyi iki analitik hesabatın təqdimatına həsr olunmuş beynəlxalq tədbirdə məruzəçi qismində iştirak edib.
Tədbirdə Türk Akademiyasının “Report on Turkic Economies 2025: Green Economy Transition” (Türk İqtisadiyyatları 2025: Yaşıl İqtisadiyyata Keçid) və "Agricultural Policy in Turkic States: The Regional Overview 2025" (Türk Dövlətlərində Kənd Təsərrüfatı Siyasəti: 2025-ci il üzrə Regional
İcmal) adlı analitik hesabatları təqdim olunub.
İntizar Rüstəmova tədbir çərçivəsində həmkarı Nigar Əhmədli ilə birgə hazırladığı və “Report on Turkic Economies 2025: Green Economy Transition” hesabatına daxil edilmiş *“Azerbaijan’s Environmental and Climate Challenges within the Green Transition Framework”* adlı tədqiqat üzrə məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycanın yaşıl iqtisadiyyata keçid prosesində qarşılaşdığı ekoloji və iqtisadi çağırışlar, iqlim dəyişmələrinin təsirləri, bərpaolunan
enerji potensialı və iqtisadiyyatın şaxələndirilməsi məsələləri təhlil olunub. Həmçinin enerji infrastrukturunun modernləşdirilməsi, yaşıl investisiyaların təşviqi və Türk dövlətləri arasında regional enerji əməkdaşlığının genişləndirilməsi perspektivlərinə diqqət yetirilib.
Tədbir çərçivəsində Türk dövlətlərindən olan tədqiqatçılar və ekspertlərlə yaşıl iqtisadiyyata keçid, dayanıqlı inkişaf və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.