İnstitut



Azərbaycan Universiteti ilə İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bununla bağlı keçirilən görüşdəİqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov, Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.
Görüşdə tərəflərin fəaliyyət istiqamətləri və elmi nailiyyətləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər birgə elmi tədqiqatların aparılması, akademik proqramların inkişafı, elmi nəşrlərin hazırlanması, konfrans, seminar və təlimlərin təşkili, gənc tədqiqatçıların və doktorantların dəstəklənməsi sahələrində əməkdaşlıq imkanlarını vurğulayıblar.
Görüşün sonunda Azərbaycan Universiteti ilə İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum qarşılıqlı maraq doğuran elm və təhsil sahələrində birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.