İnstitut
İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri prof. Şahin Sadıqov, sədrin müşaviri dos. Fuad Mürşüdlü və İnstitutunun Rəqəmal iqtisadiyyat və innovasiyalar şöbəsinin rəhbəri dos. Manaf Bağırzadənin Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Scopus indeksli "Dövlət və bələdiyyə idarəetmə məsələləri" jurnalında "Rəqəmsal dövlət xidmətlərinin kommersiyalaşdırılması üzrə Azərbaycan təcrübəsi: ASAN Xidmət modeli" adlı məqaləsi dərc olunub.
Məqalədə dövlət xidmətlərinin göstərilməsi sistemində aparılmış institusional və rəqəmsal transformasiyanın nəzəri və praktiki aspektləri kompleks şəkildə təhlil edilib. Dövlət idarəçiliyində bazar prinsiplərinə əsaslanan yanaşmanın tətbiqi, xidmətlərin rəqəmsallaşdırılması və kommersiyalaşdırılması mexanizmlərinin səmərəliliyə təsiri məsələləri elmi əsaslarla araşdırılıb.
Tədqiqat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət xidmətləri ilə bağlı vahid məlumat portalının rəsmi statistikası və hesabatları təhlil olunub.
Məqalə ilə ətraflı tanış olmaq üçün: https://vgmu.hse.ru/article/view/27334