İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədrinin süni intellektin sosial-iqtisadi sistemlərə təsiri ilə bağlı analitik məqaləsi AZƏRTAC-da dərc olunub

İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədrinin süni intellektin sosial-iqtisadi sistemlərə təsiri ilə bağlı analitik məqaləsi AZƏRTAC-da dərc olunub

İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqovun “Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu” mövzusunda analitik məqaləsi Azərbaycan Dövlət İnformasiya Agentliyində — AZƏRTAC-da dərc olunub.

Məqalədə süni intellektin texnoloji inkişaf çərçivəsiylə birlikdə, onun sosial-iqtisadi strukturun formalaşmasına təsir göstərən mühüm amil kimi rolu təhlil edilir. Müəllif süni intellektin iqtisadi dəyərin yaradılması, əmək bazarının transformasiyası, dövlət idarəçiliyinin rəqəmsallaşması, məlumatların strateji resursa çevrilməsi və sosial bərabərlik məsələləri kontekstində yaratdığı imkan və çağırışları elmi-analitik prizmadan qiymətləndirir.

Yazıda qeyd olunur ki, süni intellektin cəmiyyətə təsiri yalnız yeni rəqəmsal alətlərin tətbiqi ilə məhdudlaşmır. Bu texnologiya istehsalın təşkili, qərarvermə mexanizmləri, əmək bölgüsü, bacarıq tələbləri, dövlət-vətəndaş münasibətləri və hüquqi-etik çərçivələrin yenidən düşünülməsi istiqamətində daha geniş struktur dəyişiklikləri gündəmə gətirir.

Bu çərçivədə rəqəmsal bərabərsizlik (uçurum), texnologiyaya və keyfiyyətli təhsilə çıxış imkanları, süni intellektdən səmərəli istifadə bacarıqları və yeni iqtisadi şəraitə uyğunlaşma məsələlərinin dayanıqlı inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanır.

Azərbaycan kontekstində süni intellektin rəqəmsal iqtisadiyyatın genişlənməsi, dövlət xidmətlərinin çevikləşməsi, sahibkarlıq subyektlərinin yeni dəyər yaratma imkanlarının artırılması, data infrastrukturunun inkişafı və insan kapitalının gücləndirilməsi baxımından mühüm modernləşmə vasitəsi kimi çıxış etdiyi qeyd edilir.

Məqalənin tam mətni ilə AZƏRTAC-ın rəsmi saytında tanış olmaq mümkündür:  https://azertag.az/xeber/suni_intellektin_muasir_dovrde_sosial_iqtisadi_sistemlere_tesiri_ve_dayaniqli_inkisaf_kontekstinde_rolu-4251315