İqtisadi Elmi Tədqiqat İnstitutunun Xarici-İqtisadi Əlaqələr şöbəsinin əməkdaşı Çin Xalq Respublikasının Uhan şəhərində keçirilən təlim proqramında iştirak edib

İqtisadi Elmi Tədqiqat İnstitutunun Xarici-İqtisadi Əlaqələr şöbəsinin əməkdaşı Çin Xalq Respublikasının Uhan şəhərində keçirilən təlim proqramında iştirak edib

26 may – 8 iyun 2026-cı il tarixlərində İqtisadi Elmi Tədqiqat İnstitutunun Xarici-İqtisadi Əlaqələr şöbəsinin mütəxəssisi Kənan Yarıyev Çin Xalq Respublikasının Uhan şəhərində keçirilən təlim proqramında iştirak edib.

Uhan Poçt və Telekommunikasiya Tədqiqat İnstitutu tərəfindən təşkil olunan və "İnkişaf etməkdə olan ölkələr üçün İKT və Rəqəmsal Transformasiya Texnologiyaları" mövzusuna həsr edilən təlimdə müasir informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal transformasiya strategiyaları və innovativ infrastruktur həlləri müzakirə edilib.

Proqram iştirakçılara rəqəmsal texnologiyalar sahəsində yeni biliklər qazandırmaqla yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək və qabaqcıl qlobal təcrübələrlə yaxından tanış olmaq imkanı yaradıb.