İnstitut

28 may - 10 iyun 2026-cı il tarixlərində İqtisadi Elmi Tədqiqat İnstitutunun Rəqəmsal iqtisadiyyat və innovasiyalar şöbəsinin mütəxəssisi Səkinəxanım Balayeva Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən təlim proqramında iştirak edib.
Çin Qadınlar Universiteti (China Women's University) tərəfindən təşkil olunan və "İnkişaf etməkdə olan ölkələrdə qadınların süni intellekt potensialının artırılması" mövzusunu əhatə edən proqram çərçivəsində rəqəmsal ekosistemlərin qurulması, süni intellekt həllərinin iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyası və texnoloji sahədə inklüziv idarəetmə strategiyaları nəzərdən keçirilib. Seminarlarla yanaşı, iştirakçılar üçün rəqəmsal texnologiyaların praktiki tətbiqi ilə yaxından tanışlıq məqsədilə Çinin müxtəlif qabaqcıl sənaye mərkəzlərinə və texnologiya şirkətlərinə ekskursiyalar təşkil olunub, innovasiyaların tətbiqi istiqamətində effektiv yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Tədris proqramı çərçivəsində keçirilən görüşlər, praktiki vizitlər və təhlil olunan mövzular rəqəmsal iqtisadiyyat sahəsindəki müvafiq istiqamətlərin öyrənilməsinə, eləcə də beynəlxalq təcrübə mübadiləsinin aparılmasına şərait yaradıb.