İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən seminarda iştirak edib

İqtisadi Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən seminarda iştirak edib

24.06.2026-30.06.2026-cı il tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində “Kəmər və Yol təşəbbüsünə daxil olan ölkələrdə infrastruktur əlaqələrinin yüksək keyfiyyətli inkişafı” adlı beynəlxalq seminar keçirilmişdir. Seminarda İqtisadi Elmi Tədqiqat İnstitutunu “İstehsal sahələri” şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əhmədova Turanə Vahid qızı təmsil etmişdir. Çin Xalq Respublikasında bazar infrastrukturunun yüksək səviyyədə inkişafı, çoxsəviyyəli dəmiryolu və metro sistemlərinin inkişaf təcrübəsi, su təsərrüfatı infrastrukturunun inkişaf tarixi və nəticələri, kompleks nəqliyyat planlaşdırılması üzrə ölkə təcrübəsi, rəqəmsallaşmanın iqtisadiyyatın informasiya infrastrukturunun formalaşmasında yeri və rolu kimi mövzular müzakirə edilmişdir. Seminarda iştirak Elmi Tədqiqat İnstitutunun bu sahədə apardığı tədqiqatların potensial istiqamətlərinin müəyyən edilməsində, habelə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.