İnstitut


İqtisadi Elmi Tədqiqat İnstitutunun İstehsal sahələri şöbəsinin aparıcı elmi işçisi Səfər Hüseynov 20–21 avqust 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində CAREC İnstitutu və Westminster International University in Tashkent (WIUT) tərəfindən Asiya İnkişaf Bankı (ADB) və Avrasiya Sabitləşmə və İnkişaf Fondu (EFSD) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan 10-cu CAREC Beyin Mərkəzləri İnkişaf Forumunda (CTTDF) spiker qismində iştirak edib.
Forumun “Digital Finance and Fintech: Scaling Innovation Responsibly” sessiyasında çıxış edən Səfər Hüseynov “Digital Finance Development and Regulatory Quality in CAREC Economies: Panel Evidence from Azerbaijan, Kazakhstan, and Uzbekistan” adlı tədqiqatını təqdim edib. Təqdimatda Azərbaycan, Qazaxıstan və Özbəkistanda rəqəmsal maliyyənin inkişafı, ödəniş sistemləri və tənzimləmə keyfiyyəti müqayisəli şəkildə təhlil olunub.
Tədbir çərçivəsində CAREC ölkələrindən olan tədqiqatçılar, beynəlxalq təşkilatların nümayəndələri, maliyyə sektoru üzrə ekspertlər və siyasətçilərlə fikir mübadiləsi aparılıb, rəqəmsal transformasiya, maliyyə sektorunun inkişafı və regional əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.