İnstitut
Müasir dövrdə süni intellekt elmi tədqiqatların aparılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi və informasiya ilə iş proseslərinin səmərəliliyinin artırılmasında geniş imkanlar yaradır. Bu imkanların elmi və praktiki baxımdan araşdırılması, onların müxtəlif fəaliyyət sahələrində tətbiqinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir.
Bu istiqamətdə uzunillik elmi-tədqiqat və pedaqoji fəaliyyəti ilə seçilən, İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini, iqtisad elmləri doktoru, professor Arzu Hüseynova Doğru qızının üç yeni elmi-metodoloji nəşrini oxuculara təqdim edirik.
200-dən çox elmi məqalənin, 40-dan artıq monoqrafiya, dərs və metodik vəsaitin müəllifi olan Arzu Hüseynovanın elmi fəaliyyəti iqtisadiyyat, informasiya təminatı, innovasiya və rəqəmsal iqtisadiyyat istiqamətlərini əhatə edir.
1. “Elmi tədqiqatlarda süni intellekt: praktik metodoloji rəhbərlik”
Kitab elmi tədqiqatın bütün mərhələlərində süni intellektdən məqsədyönlü, etik və səmərəli istifadəyə dair sistemli metodoloji çərçivə təqdim edir. Eləcə də kitabda bu texnologiyaların institusional səviyyədə tətbiqi, idarə olunması və keyfiyyətin təmin edilməsi məsələləri nəzərdən keçirilir. Kitab 2026-cı ildə “Generis Publishing” nəşriyyatı tərəfindən ingilis dilindədə nəşr olunub.
Kitab: https://shorturl.at/oaMgV
2. “Dövlət idarəetməsində süni intellekt”
Nəşrdə dövlət qulluqçularının gündəlik fəaliyyətində süni intellektdən istifadəni dəstəkləyən 58 praktik sxem sistemləşdirilmiş, hər biri üzrə iş situasiyası, uyğun süni intellekt aləti, qısa proses, hazır prompt, insan yoxlaması, tam nümunə və riayət edilməli məhdudiyyətlər təqdim edilmişdir.
Kitab: https://shorturl.at/idf6g
3. “Slash-komandalar: metodoloji rəhbərlik – Prompt qısayolları kataloqu”
Bu kitab süni intellektlə işləyərkən tapşırığı daha qısa, ardıcıl və idarə olunan şəkildə ifadə etmək üçün slash-komandalardan istifadəni izah edir. Kataloqda komandalar funksiyasına görə təsnif edilir, hər birinin mənası və tətbiq nümunələri göstərilir. Ayrıca komanda zəncirlərinin necə qurulması, şəxsi şablonların harada saxlanması və müxtəlif AI platformalarında necə uyğunlaşdırılması praktik nümunələrlə təqdim olunur.
Kitab:https://shorturl.at/ifxOy
İngilis dilində də hazırlanmış nəşrlər beynəlxalq oxucu auditoriyası üçün də əlçatandır.
Sizi bu nəşrlərlə yaxından tanış olmağa, müəllifin elmi yanaşmalarını kəşf etməyə və süni intellektin müasir elmi tədqiqat və dövlət idarəetməsində yaratdığı imkanlar barədə məlumat əldə etməyə dəvət edirik!
Gəlin, elmi bilikləri və süni intellektin imkanlarını birlikdə kəşf edək!