“Ali Təhsildə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
11 aprel 2023-cü il tarixində Bakı Biznes Universitetində ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ali Təhsildə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Asəm Məmmədov təmsil edib.
Konfransı giriş sözü ilə açmış universitetin rektoru İbad Abbasov XXI əsrdə ali təhsil ocaqlarının tələbələrdə geniş praktiki bacarıq və səriştələr formalaşdırmalı olduğunu və bu istiqamətdə görülən işlər və mövcud çətinliklərdən bəhs edib.
Konfransda Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş akademik və mütəxəssislər də təqdimatla çıxış ediblər. Onların BMT-nin qəbul etdiyi “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində təmsil etdikləri universitetlərdə həyata keçirilən layihələr və əldə olunan nəticələrlə bağlı təcrübələri konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Yekunda rektor eyni mövzuda gələcəkdə də oxşar tədbirlərin keçiriləcəyini qeyd edib.