İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu 2025-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.
Sənəd qəbulu onlayn qaydada Elm və Təhsil Nazirliyinin https://portal.edu.az platforması vasitəsilə 13 may 2025-ci il tarixindən başlayaraq 2 iyun 2025-ci il saat 18:00-dək həyata keçiriləcəkdir.
Namizədlər doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədləri elektron qaydada portala daxil etməlidirlər:
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3×4 ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (Elmi əsərlər iddiaçının seçdiyi ixtisasa uyğun olmalıdır). Elmi əsərləri olmayanlar seçdikləri ixtisasa aid olan mövzu üzrə referat təqdim etməlidirlər;
- ali təhsil haqqında diplomların və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması barədə Elm və Təhsil Nazirliyinin şəhadətnaməsi);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər 2025-ci ilin iyun ayında “Xarici dil” fənnindən Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər (Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar). “Xarici dil” fənnindən keçid balını toplayan şəxslər “Fəlsəfə” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə fənni üzrə imtahanda “məqbul” qiymət almış şəxslər “İxtisas” fənni üzrə imtahana buraxılırlar. Fəlsəfə və ixtisas fənni üzrə imtahanlar sentyabr ayında keçiriləcəkdir.
Əlavə suallar yarandığı təqdirdə İqtisadi Elmi Tədqiqat İnstitutunun Elmi katibliyinə müraciət edə bilərsiniz.
İqtisadi Elmi Tədqiqat İnstitutunda 2025-ci il üçün doktoranturaya Qəbul Planı