Tədbirdə aparılmış tədqiqatda həm kəmiyyət, həm də keyfiyyət metodlarından istifadə olunduğu barədə məlumat verilib və kitabın daxili qrant çərçivəsində ərsəyə gəldiyi bildirilib.
16 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanda Universitet – Dövlət – Sənaye Əlaqələri: Kim Nə İstəyir” adlı kitabın təqdimatı keçirilib. Eyni adlı tədqiqatın nəticələrinin çap olunduğu kitabın təqdimat mərasimində İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Makroiqtisadi siyasətin təhlili şobəsinin kiçik elmi işçisi Asəm Məmmədov təmsil edib.
Tədbiri giriş sözü ilə açmış rektor Ədalət Muradov qeyd edib ki, universitetin daxili qrant layihəsinin qalibi elan edilmiş tədqiqat layihəsinin başlıca məqsədi bilik əsaslı iqtisadiyyat quruculuğunda inkişafın qarşısını alan əsas səbəbləri tədqiq edərək aşkara çıxarmaqdır.
Tədbirdə aparılmış tədqiqatda həm kəmiyyət, həm də keyfiyyət metodlarından istifadə olunduğu barədə məlumat verilib. Həmçinin müxtəlif ölkələrin təcrübəsi öyrənilərək müqayisəli təhlil əsasında məzmun təhlilinin aparıldığı diqqətə çatdırılıb.
Sonda tədqiqat müəllifləri iştirakçıları maraqlandırmış sualları cavablandırıblar.