logo
“Uğur yolu” 2022 karyera inkişaf proqramının iştirakçıları ilə görüş keçirilib

22 iyun 2022-ci il tarixində iqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyevin “Uğur yolu” müsabiqəsinin iştirakçıları ilə görüşü keçirilmişdir. Görüşdə İqtisadi Elmi Tədqiqat İnstitutunun İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin böyük elmi işçisi Nərminə Quliyeva da iştirak edib.

Görüşdə cənab Elnur Əliyev iştirakçıları salamlayaraq “Uğur yolu” müsabiqəsi haqqında məlumat verib və artıq 2-ci dəfə keçiriləcək müsabiqədə iştirakçılara uğurlar arzulayıb.

O, öz çıxışında “Uğur yolu” müsabiqəsinin keçirilmə məqsədləri haqqında söz açmıb. Onun sözlərinə görə müsabiqənin məqsədləri İqtisadiyyat Nazirliyi əməkdaşlarının potensialından səmərəli şəkildə istifadə edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün yüksək potensiallı əməkdaşlardan ibarət ehtiyat kadrlar bazasının formalaşdırılmasıdır.

Həmçinin görüşdə müsabiqə iştirakçılarının sualları da cavablandırıldı. Görüşün sonunda İnsan resursları şöbəsinin müdir müavini Nərgiz Muradova müsabiqədə veriləcək suallar və müsabiqənin keçirilmə vaxtı barədə məlumat verərək iştirakçılara uğurlar arzulayıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.