İqtisadi Elmi tədqiqat İnstitutunun (ESRI) əməkdaşları “Üzümçülük, iri taxılçılıq, toxumçuluq sahələrində bilik və bacarıqların artırılması, kənd təsərrüfatı bitkilərinin rəqabətqabiliyyətliliyi və seleksiyası sahəsində ən müasir tədqiqat metodları” mövzusunda təlim proqramda iştirak ediblər.
3 – 10 aprel 2023-cü ilin tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib. “Regionların İnkişafına Dəstək Qrant Proqramı”nın “Regionlarda Rəqabətqabiliyyətli Sahələrin İnkişafına Dəstək (üzümçülük, iri taxılçılıq və toxumçuluq təsərrüfatları) layihəsi” çərçivəsində keçirilmiş təlim “Üzümçülük, iri taxılçılıq, toxumçuluq sahələrində bilik və bacarıqların artırılması, kənd təsərrüfatı bitkilərinin rəqabətqabiliyyətliliyi və seleksiyası sahəsində ən müasir tədqiqat metodları” mövzusuna həsr olunub.
Sözügedən təlimdə ESRI-ni Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Emil Qasımov və Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin elmi işçisi Pərvin İdrisli təmsil ediblər.
Təlimdə “Avropa İttifaqı ölkələrində və ABŞ-də aqrar sahəyə dövlət dəstəyi siyasəti”, “Ümumi kənd təsərrüfatı siyasət”i, “Üzümçülük dəyər zənciri” və “Taxılçılıq dəyər zənciri” mövzuları və s. ətrafında geniş müzakirələr aparılıb.