Iclasda İqtisadiyyat Nazirliyi üzrə hesabatı İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova təqdim edib.
5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
Açılış nitqi ilə çıxış etmiş Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasının zəruriliyini qeyd edib.
İclasda İşçi qrupun 2022-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq təqdim olunmuş hesabatların ümumi müzakirəsi aparılıb. İqtisadiyyat Nazirliyi üzrə hesabatı ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova təqdim edib. A.Hüseynova 2023-cü il üzrə İqtisadiyyat Nazirliyinin icrasında olan tədbirlər üzrə təkliflərini təqdim edib.
Həmçinin İşçi qrupun 2023-cü il üzrə Fəaliyyət Planı, qarşıya qoyulmuş hədəflər ətrafında fikir mübadiləsi aparılıb.
Verilmiş məlumatlar əsasında Komissiya Katibliyinin rəhbəri tərəfindən müvafiq təkliflər və qərarlar verilib.