logo
“İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Mükafatlandırma mərasimində qeyd olunub ki, materialların zəngin məzmun təşkil etməsi ilk növbədə Heydər Əliyevə olan sevgidən irəli gəlir.

İqtisadiyyat Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində Nazirliyin aparat rəhbərinin müavini Amil Əlili qeyd edib ki, müsabiqəyə təqdim edilmiş materiallarda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlf yönlərdən təhlili, faktların dolğun sadalanması, materialların zəngin məzmun təşkil etməsi ilk növbədə Heydər Əliyevə olan sevgidən irəli gəlir.

Qeyd edək ki, İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) məqalələrin qiymətləndirilməsi məqsədilə yaradılmış komissiyada təmsil edilib.

ESRI İdarə Heyətinin sədri Mahir Hümbətov da qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların mükafatlandırılmasında iştirak edib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.