Ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə həyata keçirilmiş və onun dövründə təməli qoyulmuş iqtisadi və institusional islahatların Azərbaycanın iqtisadi və institusional inkişafına töhfəsini, eləcə də ölkəmizin hazırkı sosial-iqtisadi kursunun tədqiq edilməsini təşviq etmək məqsədi daşıyan məqalə müsabiqəsinə marağın yüksək olması nəzərə alınaraq, Müsabiqə Komissiyası tərəfindən əvvəl elan edildiyi kimi, 4 deyil, 8 qalibin seçilməsi qərara alınıb.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar cənab Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planı çərçivəsində İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən (ESRI) elan edilmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi başa çatıb.
Müsabiqəyə Azərbaycan, Belarus, Gürcüstan, Küveyt, Qırğız Respublikası, Moldova, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Tacikistan, Türkiyə, Türkmənistan və Ukraynadan ümumilikdə 80-ə yaxın məqalə təqdim edilib.
Məqalələr ESRI və UNEC nümayəndələrindən ibarət Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib.
Ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə həyata keçirilmiş və onun dövründə təməli qoyulmuş iqtisadi və institusional islahatların Azərbaycanın iqtisadi və institusional inkişafına töhfəsini, eləcə də ölkəmizin hazırkı sosial-iqtisadi kursunun tədqiq edilməsini təşviq etmək məqsədi daşıyan məqalə müsabiqəsinə marağın çox yüksək olması, təqdim edilmiş məqalələrin sayının gözləniləndən artıq olması və qiymətləndirmə meyarlarına görə yüksək nəticə göstərənlərin çoxluğu nəzərə alınaraq, Müsabiqə Komissiyası tərəfindən 8 qalibin seçilməsi qərara alınıb.
Müsabiqədə qalib gəlmiş məqalə müəlliflərini təqdim edirik:
Məhəmməd Səmədov, Mehmod Ul Hassan Xan, Haila Al-Mekaimi, Oleq Leşenyuk, Ruslan Şevçenko, Doğacan Başaran, Muhammad Zaman, Xalid Taimur.
Qeyd edək ki, qaliblər Azərbaycan, Belarus, Küveyt, Moldova, Pakistan və Türkiyəni təmsil edirlər.
Müsabiqə Komissiyası tərəfindən seçilmiş digər məqalələr də elanda qeyd edilmiş olduğu kimi, ESRI-nin jurnalının növbəti sayında və baş redaktorluğu ESRI-də olan İqtisadi Əməkdaşlıq Təşkilatının “İqtisadiyyat” jurnalında çap olunacaq.
İyul ayının 19-da ESRI-nin inzibati binasında hibrid formatda keçirilicək tədbirdə Komissiya üzvləri tərəfindən qaliblərin ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.