logo
ESRI-də Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib
ESRI-də Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq imkanlarının mümkün olduğu sahələr barədə fikir mübadiləsi aparıblar.

İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Özbəkistanın aparıcı beyin mərkəzlərinin nümayəndələrindən ibarət heyətlə görüş keçirilib.

Görüşdə Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutu, Özbəkistan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Münasibətlər üzrə İnformasiya və Analitik Mərkəz, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi, Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Makroiqtisadi və Regional Araşdırmalar İnstitutu, Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafı Problemlərinin Öyrənilməsi Mərkəzi, Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu təmsil edilib.

Özbəkistan nümayəndə heyətini salamlamış ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov İnstitut əməkdaşlarının Özbəkistana son səfəri, səfər zamanı həyata keçirilmiş ictimai mühazirələr, aparılmış danışıqlar və əldə edilmiş nəticələr barədə xatırlatma edib.

Özbəkistan nümayəndə heyətinin rəhbəri, Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans barədə məlumat verib və konfransın materiallarından ibarət toplunu M. Hümbətova təqdim edib.

Görüş zamanı ESRI əməkdaşları tərəfindən hazırlanmış Özbəkistan və Azərbaycan iqtisadiyyatlarının bir sıra sahələr üzrə oxşar və fərqli göstəricilərini, iki ölkə arasında investisiya qoyuluşlarını, enerji siyasətlərini və s. mühüm statistikaları əks etdirən təqdimatla müxtəlif çıxışlar edilib və özbək beyin mərkəzləri nümayəndələrinin verdikləri suallar cavablandırılıb.  

Daha sonra tərəflər iki ölkə arasında əməkdaşlıq imkanlarının mümkün olduğu sahələr barədə fikir mübadiləsi aparıblar.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.