logo
ESRI-nin tabeliyində Təlim Tədris Mərkəzi ilə İİTKM arasında görüş keçirilib
ESRI-nin tabeliyində Təlim Tədris Mərkəzi ilə İİTKM arasında görüş keçirilib

Görüş zamanı tərəflər əməkdaşlıq edilə biləcək sahələr və birgə reallaşdırıla biləcək layihələr barədə fikir mübadiləsi aparıblar.

İqtisadi Elmi Tədqiqat İnstitutunun tabeliyindəki Təlim Tədris Mərkəzinin (TTM) rəhbərliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM ) rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə TTM-in rəhbəri Aida İbrahimova TTM-in fəaliyyət istiqamətləri, görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat verib.

İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn də öz növbəsində təmsil etdiyi qurumun monitorinq və qiymətləndirmə sahəsində gördüyü işlər və apardığı tədqiqatlardan bəhs edib.

Görüş zamanı tərəflər əməkdaşlıq edilməsi mümkün olan sahələr, birgə reallaşdırıla biləcək layihələr barədə fikir mübadiləsi aparıblar.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.