logo
Heydər Əliyevin 100 illiyinə həsr edilmiş toplu ESRI İdarə Heyətinin sədrinə təqdim edilib
Heydər Əliyevin 100 illiyinə həsr edilmiş toplu ESRI İdarə Heyətinin sədrinə təqdim edilib

Topluda ümummilli lider Heydər Əliyevin Özbəkistan – Azərbaycan münasibətlərinin möhkəm bünövrəsini qoymasından bəhs edilib.

İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Özbəkistanın aparıcı beyin mərkəzlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Özbəkistan nümayəndə heyətinin rəhbəri, Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərindən, bu münasibətlərin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

O, həmçinin 15 may 2023-cü il tarixində Daşkənddə Mərkəzi Asiya Beynəlxalq İnstitutu, Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildiyini qeyd edib və sözügedən konfransın materiallarından ibarət toplunu ESRI İdarə Heyətinin sədri Mahir Hümbətova təqdim edib.

Qeyd edək ki, topluda ümummilli lider Heydər Əliyevin Özbəkistan – Azərbaycan münasibətlərinin möhkəm bünövrəsini qoymasından, sözügedən münasibətlərin inkişafındakı rolundan, eləcə də Özbəksitan – Azərbaycan əməkdaşlığının perspektivli istiqamətlərindən bəhs olunub.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.